Yapon qız Bakıda: Onlardan lap çox qorxuram
22.09.2012 - 10:51
“Azərbaycanda keçirilən dünya çempionatının startı yaxınlaşdıqca, təzyiq artır. Ilk rəqibimiz Braziliyadır. Mən onlardan qorxuram”. Apasport.az saytının məlumatına görə, bu sözləri 17 yaşadək qızlar arasında Yaponiya milli komandasının futbolçusu Yui Narumiya deyib.
Azərbaycanda keçirilən dünya çempionatında Asiya təmsilçisinin kapitanı olan gənc qız Braziliya ilə sabah baş tutacaq qarşılaşma öncəsi qorxu içində olduğunu açıqlayıb: “Almaniya və ABŞ-dan da ehtiyatlanıram. Amma Martanın həmvətənlərindən lap çox qorxuram. Marta isə mənim kumirimdir. O, topla ağıla gələn hər şeyi edə bilir, topu qapının istədiyi nöqtəsinə göndədir”.

0
0