Dünya çempionatı üçün 65 avtomobil
22.09.2012 - 11:38
Dünya çempionatı üçün 65 avtomobil
FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012- də istifadə olunacaq 65 “Hyundai” avtomobili AFFA-nın inzibati binasında təhvil verilib. Apasport.az saytının məlumatına görə, FIFA və YTK nümayəndələri, həmçinin, “Hyundai Motor Company”nin yerli distributor nümayəndələri bu yarışmada yerüstü nəqliyyat vasitəsi kimi istifadə olunacaq avtomobillərlə yaxından tanış olublar.

“Hyundai Motor Company” 2002-ci ildən bəri FIFA-nın Dünya Çempionatlarını və digər tədbirlərini avtomobillə təmin etməklə sadiq partnyor olduğunu sübut edib. Yaponiyada yenicə başa çatmış FIFA U-20 Qadınlararası Dünya Çempionatına dəstəyin ardınca FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin avtomobillə təmin olunması Hyundai Motor Company-nin qadın futbolunun beynəlxalq səviyyədə inkişafında FIFA-ya dəstək məqsədilə öz üzərinə götürdüyü öhdəliyi nə dərəcədə yerinə yetirməsinin göstəricisidir.

Mənbə: affa.az