“Qarabağ” səfərə 19 futbolçu ilə çıxıb
22.09.2012 - 12:38
“Qarabağ” səfərə 19 futbolçu ilə çıxıb
Sabah Topaz Premyer Liqanın VI turunda “Turan”ın qonağı olacaq “Qarabağ” artır qərb bölgəsindədir. Apasport.az saytının məlumatına görə, sentyabrın 21-də Bakını tərk edən komanda Gəncəyə yollanıb. Oyun gününə kimi adıçəkilən şəhərdə qalacaq Ağdam təmsilçisi bu gün axşam məşqə də çıxacaq. “Qarabağ” səfərə 19 futbolçu ilə yollanıb.

Qeyd edək ki, “Turan” – “Qarabağ” oyunu sentyabrın 23-də saat 16:00-da keçiriləcək.