Yozef Blatter darmadağına tamaşa edir
22.09.2012 - 12:49
Yozef Blatter darmadağına tamaşa edir
FİFA prezidenti Yozef Blatter Azərbaycanda keçirilən 17 yaşadək qızlar arasında dünya çempionatının ilk oyununu canlı izləyənlər arasındadır. Apasport.az saytının məlumatına görə, isveçrəli futbol funksioneri bu dəqiqələrdə keçirilən KXDR – Qambiya matçını stadiondan seyr edir.

Bakıdakı 8-ci km qəsəbə stadionuna yollanan Blatter məhsuldar oyunun şahidi olub. Belə ki, koreyalılar artıq ilk yarıda afrikalıların darmadağınına başlayıb – 6:0.