Mundialda ilk het-trik
22.09.2012 - 13:18
Mundialda ilk het-trik
KXDR milli komandasının futbolçusu Ri Un Sim Azərbaycanda keçirilən 17 yaşadək qızlar arasında dünya çempionatının tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, gənc futbolçu mundialda ilk het-trikin müəllifi olub.

Koreyalı Qambiya yığması ilə bü gün keçirilən görüşdə cəmi 16 dəqiqəyə 3 qol vurub. Matçın 19 və 31-ci dəqiqəsində afrikalıları məyus edən bombardir 34-cü dəqiqədə penalti zərbəsini də dəqiq yerinə yetirib. Bununla da Ri çempionatda ilk het-trikə imza atıb.

Qarşılaşmanın 2-ci yarısında futbolçu qol sayını artırıb ən azı pokerə də imza ata bilərdi. Lakin yetirməsini növbəti matçlar üçün qorumağa qərar verən baş məşqçi artıq 55-ci dəqiqədə Rini əvəzləyib.