Dünya çempionu üçün 8656 tamaşaçı
22.09.2012 - 13:43
Azərbaycanda keçirilən 17 yaşadək qızlar arasında dünya çempionatına maraq böyükdür. Apasport.az saytının məlumatına görə, bunu çempionatın ilk oyunu da sübut edib. Belə ki, bu dəqiqələrdə 8-ci km qəsəbə stadionunda keçirilən KXDR – Qambiya qarşılaşması 8656 tamaşaçı toplayıb. 2008-ci ilin dünya çempionlarının matçına bu sayda tamaşaçının gəlməsi isə Azərbaycan milli komandası, həmçinin Braziliya, Yaponiya kimi favoritlərin oyunlarında daha çox azarkeşin olacağından xəbər verir.
0
0