Azərbaycandakı dünya çempionatında qeyri-adi hadisə
22.09.2012 - 13:54
Azərbaycandakı dünya çempionatında qeyri-adi hadisə
Azərbaycanda keçirilən 17 yaşadək qızlar arasında dünya çempionatında qeyri-adi hadisə qeydə alınıb. Apasport.az saytının məlumatına görə, mundialın ilk oyununda dünya çempionatları tarixinin rekordu gerçəkləşib.

Bu hadisə KXDR və Qambiya millilərinin oyununda baş verib. 2008-ci ildə ilk dünya çempionu olan asiyalılar rəqibini 11:0 hesabı ilə məğlub edib. Bu isə dünya çempionatları tarixinin ən böyük darmadağınıdır.

İndiyədək ən böyükhesablı qələbə 9 top fərqilə olmuşdu. 2010-cu ildə Trinidad və Tobaqodakı mundialda Almaniya yığması 2 belə qələbə qazanmışdı. Bundestim sentyabrın 5-də Meksikanı 9:0, 3 gün sonra CAR-ı 10:1 hesabı ilə darmadağın etmişdi.

KXDR – Qambiya oyununda 11 qolun vurulması ilə Almaniya – CAR (10:1) və Nigeriya – Cənubi Koreya (5:6) matçlarındakı məhsuldarlıq rekordu da təkrarlanıb. Mundillar tarixində 1 matçda 11-dən artıq qol vurulmayıb.