1 matçda 2 het-trik
22.09.2012 - 14:05
17 yaşadək qızlar arasında dünya çempionatının ilk oyunu 2 het-triklə yadda qalıb. Apasport.az saytının məlumatına görə, Qambiya millisini 11:0 hesabı ilə məğlub edən KXDR yığmasının 2 üzvü matçda 3 dəfə fərqlənib.
Ri Un Sim və Ri Kyonq Xyanq hərəyə 3 dəfə afrikalıları məyus edib. 1 oyunda 2 het-trikin qeydə alınması mundiallar tarixində 2-ci belə haldır. 2 il əvvəl Trinidad və Tobaqoda baş tutan yarışdakı Almaniya – Meksika oyununda Bundestimin oyunçuları Lina Pettermann və Kira Malinovski hərəyə 3 qol vurmuşdu.
Qeyd edək ki, Azərbaycandakı çempionata qədər 2 poker və 7 het-trik qeydə alınıb.

0
0