Vobay iddialı danışdı
22.09.2012 - 14:10
“Fikrimcə, nəticə bizim üçün yaxşı oldu. Hər halda, qrup mərhələsində debütdə xal qazana bildik”. Bu fikirləri apasport.az saytının Belqrada ezam olunmuş əməkdaşına açıqlamasında “Neftçi”nin futbolçusu Julius Vobay deyib.
Avroliqanın qrup mərhələsinin I turunda Serbiyanın “Partizan” klubu ilə səfər oyununda qolsuz bərabərlik edən təmsilçimiz də bununla da ilk xalını qazandı.
Vobay startı uğurlu sayır: “Biz yaxşı komandaya qarşı oynadıq. Çətin matç oldu. “Partizan” güclü azarkeş dəstəyi altında oynayırdı. Ancaq buna baxmayaraq, səfərdə nəticə qazana bildik. Mübarizəyə xalla başlamağımız yaxşıdır”.
“Neftçi”nin avrokubokların cari mövsümündə 4 qolla bombardiri olan Vobay Belqraddakı matçda elə də yaxşı təsir bağışlamayaraq, sona yaxın əvəzlənib. Syerra-Leonedən olan sağ cinah yarımmüdafiəçisi futbolda belə halların olduğunu bildirib: “Bu, normal haldır. Bəzən yaxşı, bəzən zəif oynayırsan. Bu, futboldur, hər şey mümkündür. Əsas odur ki, komandan nəticə qazansın. Biz də futbolçular meydançada bunun üçün çalışırıq. Bizi qarşıda “İnter”lə çətin oyun gözləyir. Həmin matçda da nəticə qazanıb, azarkeşlərimizi sevindirməyə çalıaşacağıq”.
Qeyd edək ki, “Neftçi” – “İnter” oyunu oktyabrın 4-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Mehman SÜLEYMANOV

0
0