Rəşad Sadiqov: “İnter”dən qorxmuruq
22.09.2012 - 14:18
Avroliqanın qrup mərhələsinin ilk turunda “Partizan”la oyundan sonra “Neftçi”nin kapitanı Rəşad Sadıqov apasport.az saytının Belqrada ezam olunmuş əməkdaşının suallarını cavablandırıb
- Qolsuz bərabərliyi nə dərəcədə qənaətbəxş sayırsınız?
- Açığı, vətənə yaxşı əhval-ruhiyyədə qayıtmışıq. Belə turnirin qrup mərhələsində debütümüzdə səfərdə 1 xal qazanmaq da yaxşıdır. Bu da bir tarixə yazılacaq. Ona görə də Belqraddakı nəticəni qənaətbəxş sayıram.
- Bu, heç vaxt iştirakçısı olmadığınız tam başqa səviyyəli bir oyun idi. O, sizdə hansı təəssürat oyatdı?
- Açığı, bir az çətin oldu. Çünki meydançanın yağışdan sonra sürüşkən olmağı oyunumuza təsir göstərdi. Biz belə qazonda oynamağa öyrəşməmişdik. Bu baxımdan ilk hissədə daha çox əziyyət çəkdik. İkinci hissədə oyunumuz bir az normallaşdı.
- Azarkeşlərin oyuna təsiri nə dərəcədə idi?
- Onların çılğınlıqları doğrudan da yaxşı idi. Əsl azarkeşlər komandanı dəstəkləmək üçün belə olmalıdır. Həqiqətən də stadionda gözəl atmosfer vardı.
- Ancaq onu da nəzərə alaq ki, “Partizan”ın azarkeşləri oyun boyu qapıçımız Saşa Stamenkoviçi fitə basdılar, ünvanına təhqiramiz fikirlərlə onun özündən çıxarmağa çalışırdılar. Bu isə serbiyalı legionerinizin hər an büdrəməyi təhlükəsi yaradırdı...
- İnanmırdım ki, azarkeşlərin təsiri nəticəsində qol buraxaq. Bundan əvvəl Kiprdə APOEL-lə oyunda da belə azarkeş dəstəyini yaşamışdıq. Buna görə də onlardan qorxmayıb, oynamışdıq. Burda azarkeşlərin Saşaya qarşı etdiyi hərəkətlərə baxmayaraq, oyunun axırına kimi göstərdi ki, onda bir qram da əsəbilik və ya həyəcan olmadı. Yaxşı da çıxış elədi.
- Bəs öz oyununuzdan nə dərəcədə razı qaldınız? Demək olar ki, tam istənilən kimi oynaya bilmədiniz?
- İlk hissədə təkcə məndə yox, bütün komandada oyun alınmadı. Bu da meydançanın pis olmağı ilə bağlı idi. Yağışın yağmağı komandaya bir az əziyyət verirdi. Ancaq fasilədən sonra pis təsir bağışlamadıq.
- Qarşıda daha çətin sınağınız var. Bu, İtaliyanın “İnter” klubu ilə ev oyunu olacaq. “Rubin” onunla səfər oyununda 2 dəfə hesabda irəlidə olaraq, sonda 2:2 hesablı bərabərlik heç-heçə edib. Bu nəticə sizin üçün gözlənilməz olmadı ki?
- Yox. Çünki “Rubin” “Barselona” kimi komandanı Çempionlar Liqasında “Nou Kamp”da məğlub edibsə, İtaliyada 2:2 etməyi mənim üçün gözlənilməz olmadı. Avropada qrup mərhələsində hər bir nəticə ola bilər. Hər bir komanda güclüdür ki, qrupa düşüb.
- Biz “İnter”lə oyunda nəyə ümid edə bilərik?
- Açığı, “İnter”dən xal qoparmaq üçün əlimizdən gələni edəcəyik. Bu komandanın gücünə hamı bələddir.
- Yəni belə güclü rəqibdən çəkinmirsiniz...
- Bəli. Biz “İnter”dən qorxmuruq. Sadəcə, inşallah, onunla oyuna xal qazanmaq üçün çıxacağıq.
Mehman SÜLEYMANOV

0
0