“Xəzər Lənkəran” uduzdu, Əmirquliyev qabağa düşdü
22.09.2012 - 14:24
“Xəzər-Lənkəran”ın futbolçusu Rahid Əmirquliyev 150-ci dəfə cənubluların formasını geydi. Apasport.az saytının məlumatına görə, “Simurq”la Topaz Premyer Liqasının IV turdan təxirə salınmış qarşılaşması yarımmüdafiəçi üçün həm də çempionatda 207-ci oyun olub. O, milli çempionatda ən çox oyun keçirən 100 futbolçu sırasında 81-ci pilləyədək irəliləyib.
“Xəzər Lənkəran”ı 2:0 hesabı ilə məğlub edən “Simurq” ardıcıl 4 oyundur ki, qapısında qol görmür. Bu nəticənin qazanılmasında qapıçı David Pietrzkieviçinin də rolu danılmazdır. Çünki o, hələ də Azərbaycanda qol buraxmayıb. Belə ki, “Simurq”un buraxdığı ilk qol Dmitri Kramarenkonun payına düşür.
Rasim ƏLİYEV

0
0