“Bilmədim ki, “Neftçi”nin baş məşqçisi hansıdır: gənc olanı, yoxsa bir az yaşlısı”
22.09.2012 - 15:46
.“Müəyyən mənada “Neftçi” ilə heç-heçədən razıyam. Biz savadlı oyun göstərib qol imkanları yaratdıq. Lakin bunlardan yararlana bilmədik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Serbiyanın “Partizan” klubunun idman direktoru Lyubişa Tumbakoviç deyib.
Serbiyalı klub rəsmisi Avropa Liqasının qrup mərhələsinin “Neftçi” ilə ilk oyunu (0:0) haqda fikirlərini açıqlayıb: “Neftçi” elə bir komandadır ki, rəqibi təəccübləndirə bilər. Lakin ustalıq səviyyəsi baxımından qrupdakı digər komandalardan – İtaliya “İnter”i və Rusiya “Rubin”indən geri qalır. Bakılılar çox ciddi komandadır. Biz onları təhlil edəndə başa düşdük ki, vbu komandada hər kəs nəyi, nə vaxt və necə etməyi gözəl bilir.
Tumbakoviç 2 komandanın qapıçıları – Saşa Stamenkoviçlə Vladimir Stoykoviç arasında qalmaqala da münasibət bildirib: “Saşanın Vladimir haqda dediklərini haqsızlıq kimi dəyərləndirirəm. Ona hörmətlə yanaşmaq lazımdır. Həqiqətən də oyundan əvvəl və sonra təxribat olmuşdu, lakin bu da idmanın bir hissəsidir. Matçdan sonra mübahisəyə girişən futbolçularımız isə gənclərdir. Onlar bunda qəbahət görmədikləri üçün belə ediblər”.
Tumbakoviç özlərinin “Neftçi”yə münasibətini də açıqlayıb: “düşünürəm ki, “Neftçi”yə qarşı qonaqpərvərlik göstərdik. Onları fantastik qarşıladıq. Onların baş məşqçisinin iddialarını başa düşmürəm. Deyəsən, o, bəzi şeyləri unudub. Əslində heç bilmədim ki, “Neftçi”nin baş məşqçisi hansıdır: gənc olanı, yoxsa bir az yaşlısı”.

0
0