Dayana Kastillo futbol tariximizə düşdü
22.09.2012 - 19:59
Kolumbiyanın 17 yaşadək qızlardan ibarət yığma komandasının kapitanı Dayana Kastillo Azərbaycan futbol tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, 16 yaşlı yarımmüdafiəçi yığmamıza final mərhələsində ilk qol vuran futbolçu olub. İndiyədək heç bir futbol millimiz final mərhələsində iştirak etmədiyindən, bu, almaniyalı Sissi Raytın baş məşqçisi olduğu yığmamızla oyunda reallaşıb.17-ci dəqiqədə rəqibin kapitanı qapıçımız Aytac Şərifovaya qol vurub.
Bundan 3 dəqiqə sonra qapımıza yenə yol tapan Kastillo bununla da dublunu rəsmiləşdirməklə, tarixə düşüb. O, bu gün startı verilən final mərhələsində dubl edən 2-ci futbolçu olub. Dayanayədək Şimali Koreya yığmasının futbolçusu Xyanq Sim Ri Qambiyaya 11:0 hesabı ilə qalib gəldikləri matçda 87 və 90+1-ci dəqiqələrdə dubl edərək, matçda son nöqtəni qoyub.

0
0