Bakıda idarəçilik edən FİFA hakimindən görünməmiş zarafat
23.09.2012 - 08:38
Bakıda idarəçilik edən FİFA hakimindən görünməmiş zarafat
İngiltərə Premyer Liqasının V turunda unikal hadisə baş verib. Apasport.az saytının məlumatına görə, “Uiqan”la “Fulhem” arasında oyunu idarə edən FİFA hakimi Li Probert özünə qarşı kobud oyunu qırmızı vərəqə ilə dəyərləndirməyi qərara alıb. Belə ki, Stiv Sidvellə (“Fulhem”) Ben Uotson (“Uiqan”) 14-cü dəqiqədə top uğrunda mübarizədə toqquşan zamanı hakimi sürüşmə fəndi ilə yerə yıxıblar. Bu zaman Liyə tibbi yardım ehtiyac olub və o, qazonda uzanan zamanı yanında dayanan Uotsona zarafatla qırmızı vərəqə göstərib. Bu, bütün futbolçularda və stadionda olan azarkeşlərdə gülüşə səbəb olub.

Uotson isə əsas günahkar kimi kənarda dayanan Sidvelli barmağı ilə göstərib. Matç “Fulhem”in 2:1 hesablı qələbəsi ilə nəticələnib, Probert isə oyunda yalnız 3 sarı vərəqə göstərib.

Qeyd edək ki, Li ötən il milli komandamızın Avropa çempionatının seçmə mərhələsində Belçika yığması ilə Bakıda 1:1 hesabı ilə nəticələnən rəsmi oyununu idarə edib.