Azərbaycandakı Avropa çempionatı öncəsi “Avropa Qrand” otelində toplantı
23.09.2012 - 09:19
Oktyabrın 1-də UEFA-nın İcraiyyə Komitəsinin (İK) iclası keçiriləcək. Apasport.az saytının məlumatına görə, Sankt-Peterburqda “Avropa Qrand” otelində keçiriləcək toplantı UEFA prezidenti Mişel Platininin sədrliyi ilə keçiriləcək. Gündəlikdə bir sıra məsələlər var. Bunlar 2016-cı il Avropa çempionatının seçmə mərhələ oyunlarının media hüquqlarının mərkəzləşdirilməsinin təkmilləşdirilməyi, 2013-15-ci illərdə gənclər yığmaları arasında Avropa çempionatının relqamentlərinin, UEFA-nın kütləvi futbol, məşqçilik konvensiyası üzrə yeni üzvlərinin təsdiqi olacaq.
Qeyd edək ki, UEFA-nın İK-sı bu ilin martında 17 yaşadək oğlanlar arasında 2016-cı il Avropa çempionatının final mərhələsinin oyunlarının Azərbaycanda keçirilməyi ilə bağlı qərar çıxarıb.
Qeyd edək ki, UEFA-nın İK-sı bu ilin martında 17 yaşadək oğlanlar arasında 2016-cı il Avropa çempionatının final mərhələsinin oyunlarının Azərbaycanda keçirilməyi ilə bağlı qərar çıxarıb.
0
0