Erik Ramos: “İnter”dən xal ala bilsək, əla olardı - MÜSAHİBƏ
23.09.2012 - 10:00
“Neftçi” klubunun paraqvaylı futbolçusu Erik Ramosun apasport.az saytına müsahibəsi
- “Partizan”la 1:1 hesabı ilə nəticələnən səfər matçını necə dəyərləndirərdiniz?
- Çox ağır oyun oldu. Bilirdik ki, “Partizan” səviyyəli komandadır. Bu mənada Belqradda oyunun çətin olacağını gözləyirdik. Avropanın ən tanınmış komandalarından birinə qarşı çıxış edirdik. Qələbə üçün çalışdıq. Amma bu dəfə alınmadı. Növbəti görüşdə buna nail olmaq üçün əlimizdən gələni edəcəyik.
- Növbəti görüş oktyabrın 4-də Bakıda “İnter”ə qarşı olacaq. İtalyanlara qalib gəlməyi real sayırsınız?
- Biz qələbə fikri ilə oynamalıyıq. Hər halda, evdə oynayırıq və azarkeşlərimizi sevindirmək istəyirik.
- Bəs Belqraddakı bərabərlikdən nə dərəcədə razı qaldınız?
- Səfərdə yaxşı nəticə qazandıq. İndi növbəti oyunu düşünürük. “İnter”dən xal ala bilsək, əla olardı. Həmin xal da işimizə yarayardı.
- Belqraddakı oyunda “Neftçi”nin heyətində ən yaxşılardan biri idiz. Hətta oyunda ən real qol imkanı sizdə oldu. Öz çıxışına necə qiymət verərdiniz?
- Mən yaxşı oyun üçün əlindən gələni elədim. Ancaq elə bilirəm ki, komandamız nəticə qazanmaq üçün bir yerdə çalışdı.
- Təsnifat oyunlarında olduğu kimi, qrup mərhələsində də sarı vərəqə aldınız. Hesab etmirsiniz ki, bu, boş yerə oldu və sizə gələcəkdə mane ola bilər?
- Mən sarı vərəqəlik heç bir şey eləmədim. Sadəcə, söz dedim, hərəkət etdim və hakim də dərhal sarı vərəqə verdi.

0
0