Flavinyo: Aldığım zədə oyunuma təsir etdi – MÜSAHİBƏ
23.09.2012 - 10:30
Flavinyo: Aldığım zədə oyunuma təsir etdi – MÜSAHİBƏ
Avroliqanın qrup mərhələsində çıxış edən “Neftçi” klubunun braziliyalı futbolçusu Flavinyonun apasport.az saytının Belqrada ezam olunmuş əməkdaşına müsahibəsi

- Qrup mərhələsinin debüt matçında “Partizan”la səfər sınağı sizdə hansı təəssürat oyatdı?
- Yaxşı oynadıq. Sadəcə, ilk dəfədir qrupa düşdüyümüzdən, bir az həyəcan vardı. İndi evdə oynayacağıq. Çalışacağıq ki, səfərdə qazana bilmədiyiniz nəticəyə evdə nail olaq.

- Meydanda ən fəallardan biri idiz. Öz oyununuzu necə dəyərləndirərdiniz?
- Elə bilirəm ki, pis oynamadım. Sadəcə, yekun zərbəni vurmaqda çətinlik çəkdim. Ağır meydança idi, burada hər zərbəni vurmaq çətin idi.

- İkinci hissədə zədələndikdən sonra əvəzlənməyini istədiniz. Özünüzü “İnter”lə oyuna qorumaq fikrində idiz?
- Aldığım zədə oyunuma təsir etdi. Nəticədə rəqibi “bağlaya” bilmirdim.

- “Partizan”la səfər matçında nəticə qənaətbəxş olsa da, rəqibə qalib gələ bilərdik. Buna nə mane oldu?
- Düzdü, “Partizan”ı yenmək şansımız vardı. Amma razılaşaq ki, rəqib də qələbə qazana bilərdi.

- İlk turdan sonra bütün komandaların 1 xalı var. “Neftçi” bu qrupda hansı nəticəyə ümid edə bilər?
- Bu gün hamının vəziyyəti eynidir. Rəqiblərimizin hamısına hörmət etmək və sona kimi oynamaq lazımdır. Çalışacağıq ki, yaxşı nəticəyə imza ataq.

Mehman SÜLEYMANOV