Arda ilə Əmrənin baş məşqçisindən Avropa rekordu
23.09.2012 - 11:09
Arda ilə Əmrənin baş məşqçisindən Avropa rekordu
Türkiyə milli komandasının futbolçuları Əmrə Belözoğlu ilə Arda Turanın çıxış etdiyi Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone Avropa rekordu edib. Apasport.az saytının məlumatına görə, 8 ay öncə bu posta gələn 42 yaşlı argentinalı mütəxəssis avrokuboklarda ardıcıl 11 qələbə ilə yeni rekord müəyyənləşdirib. Buna hələ ki futbol tarixinə heç bir məşqçi nail ola bilməyib.

“Atletiko” Avroliqada hələ ötən mövsüm “Latsio” ilə oyunda qələbə seriyasının əsasını qoyub. Madridlilər bundan sonra “Beşiktaş”, “Hannover”, “Valensiya”ya hərəyə 2 dəfə, “Atletik”ə finalda qalib gəlib. İspanlar cari mövsümdə UEFA Superkubokunda “Çelsi”yə, qrup mərhələsinin ilk turunda Təl-Əviv “Hapoel”ini məğlub edib.

Qeyd edək ki, bunadək avrokuboklarda son rekord 199293 mövsümündə italiyalı Fabio Kapellonun çalışdırdığı “Milan”ın ardıcıl 10 qələbə qazanmağı olub.