“Qalatasaray”ı çempion edən baş məşqçiyə əvəzləyici tapıldı
23.09.2012 - 14:00
“Qalatasaray”ı çempion edən baş məşqçiyə əvəzləyici tapıldı
Mərakeş milli komandasının yeni baş məşqçisi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yığmanın baş məşqçisi vəzifəsindən istefaya göndərilən tanınmış belçikalı mütəxəssis Erik Geretsi mərakeşli Rəşid Taussi əvəzləyib. 56 yaşlı çalışdırıcı bunadək yerli klubları, habelə Mərakeşin yeniyetmələr və olimpiya yığmalarına rəhbərlik edib. Onun qarşısında duran vəzifə millinin 2013-cü ildə keçiriləcək Afrika Millətlər Kubokuna düşməyidir.

Qeyd edək ki, “Qalarasaray”ı 2006-cı ildə ölkə çempionu edən Geretsin istefası seçmə mərhələdə Mozambik millisinə 0:2 hesablı məğlubiyyətdən 1 həftə sonra reallaşıb.