“Qəbələ” – “Rəvan” oyunu canlı yayımlanacaq
23.09.2012 - 17:36
“Qəbələ” – “Rəvan” oyunu canlı yayımlanacaq
Topaz Premyer Liqasının VI turunda bir oyun canlı yayımlanacaq. Apasport.az saytının məlumatına görə, “Qəbələ” – “Rəvan” matçı “İdman Azərbaycan” telekanalı ilə göstəriləcək. Oyun saat 17:00-da başlayacaq. Sabah eyni vaxtda “Sumqayıt” – “Neftçi”, 1 saat sonra “Simurq” – “Kəpəz” oyunu keçiriləcək.