"Rəvan"da baş məşqçi dəyişikliyi
23.09.2012 - 19:36
"Rəvan"da baş məşqçi dəyişikliyi
"Rəvan" klubunda növbəti baş məşqçi dəyişikliyi reallaşıb. Apasport.az saytının xəbərinə görə, "Topaz" Premyer Liqanın IV turundan sonra türkiyəli mütəxəssis Cevat Güləri istefaya göndərib, Bəhmən Həsənovu dördüncü dəfə baş məşqçi postuna gətirən komanda rəhbərliyi yenə fikrini dəyişib.

Komandanın "sükanı arxası"na bu dəfə də əcnəbi mütəxəssis gətirilib ki, həmin şəxs Azərbaycan futbol ictimaiyyətinə yaxşı tanışdır.

Söhbət Kemal Alispahiçdən gedir ki, bosniyalı çalışdırıcı 2009-cu ilin iyununda "Rəvan"ın sələfi olan "Muğan"a baş məşqçi təyin olunsa da, 6 ay sonra vəzifəsindən kənarlaşdırılmışdı.

Əldə etdiyimiz məlumata görə, beşinci dəfə baş məşqçi postundan qovulmasına baxmayaraq, Həsənov "Rəvan"da məşqçi kimi fəaliyyətini davam etdirəcək.