Millimizin futbolçusu cəzalandı
24.09.2012 - 08:29
Millimizin futbolçusu cəzalandı
Türkiyə çempionatının I liqasında 4-cü turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının futbolçusu Cavid Hüseynovun çıxış etdiyi “Adana Dəmirspor” öz meydanında “Konyaspor”la qarşılaşıb. Yarımmüdafiəçimizin start heyətində meydana çıxdığı matçda qonaqlar qalib gəlib – 1:2. Qarşılaşmanın 8-ci dəqiqəsində sarı vərəqə ilə cəzalanan Cavid fasilədə əvəzlənib. Türkiyə mətbuatı onun oyununu 4 xalla qiymətləndirib.