Rail “5” aldı
24.09.2012 - 08:39
Azərbaycan milli komandasının futbolçusu Rail Məlikovun şərəfini qoruduğu “Dənizlispor” klubu Türkiyə çempionatında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, I liqa təmsilçisi səfərdə “Tavşanlı Linyitspor”la görüşüb. Məhsuldar keçən qarşılaşmada meydan sahibləri 4:3 hesabı ilə qalib gəlib. Rail bu matçda 90 dəqiqə meydanda olub. Türkiyə mətbuatı onun oyununu 5 xalla qiymətləndirib.
0
0