Cihan məğlubiyyətə üzüldü
24.09.2012 - 08:46
Cihan məğlubiyyətə üzüldü
Azərbaycan milli komandasının futbolçusu Cihan Özkara Türkiyə çempionatının 1-ci liqasında növbəti oyununu keçirib. Apasporr.az saytının məlumatına görə, milliləşən legionerimiz “Ərciyəsspor”un “Qaziantep Böyükşəhər Bələdiyyəsi” ilə səfər matçında meydana çıxıb. Cihan yalnız matçın 69-cu dəqiqəsində oyuna daxil olub. Lakin o, komandasını 2:3 hesablı məğlubiyyətdən qurtara bilməyib. Türkiyə mətbuatı Özkaranın oyununa 4 xal verib.