“Syena” “Neftçi”yə “İnter”i udmağın sirlərini göstərdi
24.09.2012 - 08:57
“Syena” “Neftçi”yə “İnter”i udmağın sirlərini göstərdi
Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda “Tofiq Bəhramov”da “Neftçi”nin qəbul edəcəyi “İnter” İtaliya çempionatında növbəti oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, Milan klubu evdə “Syena”nı qəbul edib.

Qarşılaşma gözlənilmədən qonaqların qələbəsi ilə başa çatıb. “Ağ-qaralar”ın rəqibinin qapısından qolları 73-cü dəqiqədə Vergassola, 90-cı dəqiqədə isə Valiani keçiriblər. “İnter” 4 turdan sonra 6 xalla 6-cı pillədə qərarlaşıb.

Qeyd edək ki, “Neftçi” - ”İnter” oyunun oktyabr ayının 4-də keçiriləcək.