“Rubin” qələbə qazandı
24.09.2012 - 09:14
“Neftçi”nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Rubin” Rusiya Premyer Liqasında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Kazan təmsilçisi “Kuban”ı qəbul edib.
Matç ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Krasnodar klubunun qapısına qolu Bokketti vurub. Oyunun hakimi komandaların hərəsini bir qırmızı vərəqə ilə cəzalandırıb. Görüşün 34-cü dəqiqəsində “Kuban” heyətində Dealbert, 38-ci dəqiqədə isə “Neftçi” rəqibinin üzvü Töre hakiminin qəzəbınə tuş gəliblər.
Qeyd edək ki, “Rubin” 9 turdan sonra 15 xalla 7-ci yerdədir.

0
0