“Partizan” “Neftçi”nin acığını “Sloboda Point”dən çıxdı
24.09.2012 - 09:23
“Partizan” “Neftçi”nin acığını “Sloboda Point”dən çıxdı
Avropa Liqasının qrup mərhələsinin ilk oyununda “Neftçi”nin səfərdə bərabərə (0:0) qaldığı “Partizan” Serbiya birinciliyində növbəti oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, Belqrad klubu evdə “Sloboda Point”lə qarşılaşıb.

“Partizan” rəqibinə heç bir şans verməyib. Serbiya çempionu qonaqların qapısından 5 cavabsız top keçirib. Marko Sçepoviçin dubl etdiyi qarşılaşmada Markoviç, Ninkoviç və İvanov hərəyə 1 dəfə fərqləniblər.

Qeyd edək ki, 6 turdan sonra cəmi 1 məğlubiyyəti olan “Partizan” 15 xalla turnir cədvəlinə başçılıq edir.