“Hisslərimi sözlə ifadə edə bilmirəm”
24.09.2012 - 09:38
“Hisslərimi sözlə ifadə edə bilmirəm”
“Azərbaycanda keçirilən dünya çempionatı karyeramda ilk belə yarışdır. İndi nə hisslər keçirdiyimi sözlə ifadə edə bilmirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri 17 yaşadək futbolçulardan ibarət Meksika milli komandasının futbolçusu Fernanda Peres deyib.

Ölkəmizdə keçirilən dünya çempionatının ilk turunun Yeni Zelandiya ilə oyunundakı yeganə qolu vuran futbolçu matç haqda fikirlərini açıqlayıb: “İndi Azərbaycanda olmaq fantastik bir şeydir. Çünki burada öz ölkəni təmsil edirsən. Bu, həm böyük şərəfdir, həm də bir təcrübədir. Bunu heç vaxt unutmayacağam”.