FİFA Azərbaycan dilində yazır
24.09.2012 - 10:43
FİFA Azərbaycan dilində yazır
Sentyabrn 22-də Azərbaycanda start götürən 17 yaşadək qızlardan ibarət yığma komandalar arasında dünya çempionatının final mərhələsi FİFA-nın rəsmi saytında geniş şəkildə işıqlandırılır. Apasport.az saytının məlumatına görə, turnirlə bağlı fifa.com mütəmadi olaraq yenilənən Azərbaycan bölməsi ilə yerli media nümayəndələrinə və azarkeşlərə ən operativ və ətraflı məlumatlar çatdırır. Turnir çərçivəsində keçirilən oyunların yekun icmalı, statistika, məşqçi və oyunçu fikirləri, maraqlı məqamlar, komandaların profilləri və s. haqda daha geniş məlumat almaq üçün http://az.fifa.com/u17womensworldcup/index.html ünvanına daxil ola bilərsiniz.

Mənbə: affa.az