Con Terri millidən ayrıldı
24.09.2012 - 10:56
Con Terri millidən ayrıldı
İngiltərə yığmasının keçmiş kapitanı Con Terri milli komandada karyerasını başa vurub. Apasport.az saytının məlumatına görə, “Çelsi”nin müdafiəçisi bu addımı ürək ağrısı ilə atdığı deyib: “Hələ uşaq ikən bir arzum var idi: İngiltərə yığmasının şərəfini qorumaq və onun kapitanı olmaq. Həmişə var gücümlə mübarizə aparmışam və getmək qərarını ürək ağrısı ilə verirəm. Roy Hocsona və komandaya uğurlar diləyirəm. İndi bütün diqqətimi “Çelsi”dəki, çıxışıma yönəldəcəyəm. Bu komanda ilə ölkədaxili və beynəlxalq titulları qazanmağı çalışacağam. Azarkeşlərə və klubuma hər zaman məni dəstəklədiklərinə görə minnətdaram”.