“Rayo Valyekano” - “Real” matçı niyə baş tutmadı?
24.09.2012 - 11:45
İspaniya La Liqasının V turunun dünən keçirilməli olan “Rayo Valyekano” – “Real” qarşılaşmasının hansı səbəbdən təxirə düşməsi məlum olub. Apasport.az saytının məlumatına görə, oyunun başlamasına bir neçə dəqiqə qalmış “Kampo-de-Futbol-de-Valyekas” stadionunda təxribat törədilib.
Naməlum şəxslər stadionun qərb tribunasında zirehli elektrik kabeli kəsərək, transformatordan ayırıblar. Bunu “Rayo”nun prezidenti Marin Pres də təsdiqləyib. Qəzanı aradan qaldırmaq üçün görülən işlər nəticə vermədiyindən qarşılaşma bu gün saat 22:45 keçirilib.

0
0