Tərlan Quliyev: Mən universal futbolçuyam - MÜSAHİBƏ
24.09.2012 - 11:54
Avroliqada Azərbaycanı təmsil edən “Neftçi”nin futbolçusu Tərlan Quliyevin apasport.az saytının Belqrada ezam olunmuş əməkdaşına müsahibəsi
- “Partizan”la matçda öz oyununuza necə qiymət verərdiniz?
- Son matçlarda meydana çıxmadığımdan, oyun praktikası baxımından korluq çəkirdim. Buna baxmayaraq, sonadək mübarizə apardım. İlk 10-15 dəqiqədə bir az həyəcan hiss olunurdu. Bundan sonra öz oyunumu tapdım.
- Sözsüz ki, yanınızda İqor Mitreski kimi təcrübəli müdafiəçinin yer almağı böyük kömək oldu...
- Əlbəttə. Boşluq olanda, komanda yoldaşlarımı ötürmə ilə təmin etməyə, ancaq eyni zamanda riskə getməməyə çalışırdım. Gənc olduğumdan, böyük futbolçular kimi oyunda əsas işlər görməyə hələ imkanım yoxdur.
- Elvin Yunuzsadə cəzalı olduğundan müdafiənin mərkəzində sizin, yoxsa Saşa Yunisoğlunun yer alacağı müzakirə obyektinə çevrilmişdi. Baş məşqçi Böyükağa Hacıyev sonda sizi seçdi. Bunu gözləyirdiniz?
- Bəli. “Qəbələ” ilə görüşdə də əsas heyətdə oynayıb, pis təsir bağışlamamışdım. 21 yaşlılardan ibarət yığmamızda daim oynayıram. Oyun praktikamın azlığına görə narahat deyildim, özümə inanırdım. 5 tur ehtiyatda qalsam da, yenə çıxıb öz oyunumu oynayacağam.
- Bu, nədən irəli gəlir?
- Belə oyunlarda soyuqqanlı oluram. Düzdür, həyəcan da olur. Ancaq az sonra bunu aradan qaldıraraq, meydanda özümü çox soyuqqanlı aparıram.
- “Neftçi”də əsasən müdafiənin sol cinahında oynasanız da, bu dəfə mərkəzdə yer aldınız. Necə ki, 21 yaşlılardan ibarət yığmada burada yer alırsınız. Yəqin ki, buna görə sizə çətin deyildi...
- Bəli. Çünki indiyə kimi yığmada müdafiənin mərkəzində oynadığımdan, bura uyğunlaşmışam. “Neftçi”nin heyətində “Qəbələ”, APOEL və “Partizan”la matçlarda meydana çıxdığım zaman da müdafiənin mərkəzində yer aldım. Hələ yığmada mərkəzdə oynamağım işimə yaradığından, narahat deyildim.
- Hərçənd solaxay olduğunuzdan, sizə sol cinahda oynamaq daha rahat olardı...
- Sol cinaha baxanda, mərkəz öz mövqeyim olduğundan, burada mənə daha rahatdır. Onu deyə bilərəm ki, Azərbaycan çempionatında çıxış edən yerli futbolçulardan yalnız Ruslan Abışov solaxay mərkəz müdafiəçisidir.
- “Neftçi”də müdafiənin sol cinahında braziliyalı Bruno Bertuççi çıxış edir. Sizcə, əsas heyətə düşmək baxımından Bruno, yoxsa müdafiənin mərkəzindəkilərlə rəqabətdən qalib ayrılmaq sizə daha asan olacaq?
- Mən “Neftçi”də özümü universal futbolçu kimi hiss edirəm. Əgər müdafiənin sol cinahında problemimiz olarsa, orada da, hətta dayaq yarımmüdafiəçisi mövqeyində də çıxış edə bilərəm.
- Elvin cəzasını bitirərək qayıdır. Bu mənada “İnter”lə Bakıdakı oyunda meydana çıxmaq perspektivinizi necə dəyərləndirirsiniz?
- Elvin də mənimlə birgə yığma komandamızda oynayır. Onun, yaxud mənim oynamağımın fərqi yoxdur. Əsas komanda qələbə qazansın. İstənilən halda, mən “Partizan”la olduğu kimi, “İnter”lə oyuna da ciddi hazırlaşacağam. Ümidim var ki, həmin matçda mənə şans veriləcək. Bilirəm ki, bizim kimi gənc futbolçular üçün “İnter” kimi komanda ilə oyun diqqət mərkəzinə düşmək baxımından gözəl şansdır. Meydana buraxsalar, buraxmasalar da, mən yenə şansımı gözləyəcəyəm.
- Həmin oyunda hansı nəticəni gözləyirsiniz?
- Açığı, qrup mərhələsinə düşməyimizlə tarix yazılmışdı. Ancaq belə başa düşürəm ki, qrupda debütdə səfərdə xal qazanmağımızla daha bir tarix yazıldı. “İnter”lə evdə oynayacağıq və sona kimi mübarizə aparmaq, çalışmaq, oyunumuzu artırmaq lazımdır. Yenilməyən rəqib yoxdur. Gördüyünüz kimi, “Spartak” “Barselona”dan qat-qat zəif olsa da, “Nou Kamp”da hesabda irəli çıxa bildi, qələbəyə yaxın idi. Qrupumuzda “Rubin” “İnter”lə 2:2 hesabı ilə nəticələnən səfər oyununda 2 dəfə hesabda irəlidə oldu.
Mehman SÜLEYMANOV

0
0