Azərbaycanda dünya rekordu vuruldu
24.09.2012 - 12:20
Azərbaycanda dünya rekordu vuruldu
Azərbaycanda keçirilən 17 yaşadək qızlar arasında dünya çempionatında rekord müəyyənləşib. Apasport.az saytının məlumatına görə, mundialın ilk turunda baş tutan 8 qarşılaşmanı 87600 tamaşaçı izləyib.

Bu isə orta hesabla hər oyuna 10950 tamaşaçı deməkdir. İlk 2 mundialla müqayisədə bu yeni dünya rekordudur.

Azərbaycan-2012-nin orta tamaşaçı sayı 4 il əvvəl qeydə alınan rekorddan 69 faiz yüksəkdir.

il

Ölkə

oyun

tamaşaçı

Orta

2008

Yeni Zelandiya

32

207803

6494

2010

Trinidad və Tobaqo

32

146156

4567

2012

Azərbaycan

8

87600

10950