Millimizin Lənkəran sınağı
24.09.2012 - 13:14
Millimizin Lənkəran sınağı
Sabah 17 yaşadək qızlar arasında dünya çempionatında II tura start veriləcək. Apasport.az saytının məlumatına görə, turun ilk günündə 4 qarşılaşma baş tutacaq.

Qarşılaşmalardan ikisi A, ikisi B qrupunda keçiriləcək. İlk turun 1-ci oyun günündə olduğu kimi bu dəfə də matçların biri Lənkəranda, digərləri Bakıda oynanılacaq.

Cənub şəhərinin bu dəfəki qonağı Azərbaycan milli komandası olacaq. İlk turda Kolumbiyaya 0:4 hesabı ilə uduzan Sissi Raytın yetirmələri Nigeriya yığmasına imtahan verəcək. 1/4 final şanslarını saxlamaq üçün meydanı xalsız tərk etməməlidir.

Sabahkı oyunlar ilk 1/4 finalçıların adlarına da aydınlıq gətirə bilər. Belə ki, KXDR və Kolumbiya yığmaları 2-ci qələbəni qazanacağı halda növbəti mərhələyə vəsiqəni təmin edəcək. Yığmamız kimi Qambiya millisi də uduzacağı halda qrupda qalacaq.

17 yaşadək qızlar arasında dünya çempionatı
Qrup mərhələsi

II tur

A qrupu

14:00. Kolumbiya – Kanada
Baş hakim:
Karina Vitulano (İtaliya)
Bakı. “Şəfa” stadionu

17:00. AZƏRBAYCAN – NİGERİYA
Baş hakim:
Alondra Arellano (Meksika)
Lənkəran. Şəhər stadionu

B qrupu

14:00. Fransa – KXDR
Baş hakim:
Jillian Martindal (Barbados)
Bakı. “Dalğa Arena” stadionu

17:00. ABŞ – Qambiya
Baş hakim:
Etsuko Fukano (Yaponiya)
Bakı. “Dalğa Arena” stadionu