“Vasko de Qama”nın futbolçusu “Simurq”da
24.09.2012 - 13:28
“Vasko de Qama”nın futbolçusu “Simurq”da
"Simurq" heyətini daha bir futbolçu ilə gücləndirib. Apsport.az saytının məlumatına görə, Zaqatala təmsilçisi braziliyalı müdafiəçi Anderson Oliveyra Almeida ilə bir illik rəsmi müqavilə imzalayıb. O, “sarı-qaralar”ın heyətində 6 nömrəli forma ilə mübarizə aparacaq.

Anderson Gürcüstan toplanışından komandaya qoşulub. “Simurq”un yeni transferi karyerası ərzində bir çox tanınmış klublarda forma geyinib. Braziliyalının son iş yeri Rumıniyanın "Vasluy" kollektivi olub və burada komandanın gümüş medallar qazanıb.

Buna qədər isə Anderson “Vasko de Qama”, “Levadiakos”, “Viktoriya Setubal” kimi məşhur komandaların əsas oyunçularından olub.