“Dalğa Arena”da “qoca-uşaq” qarşıdurması
24.09.2012 - 13:40
Azərbaycanda keçirilən 17 yaşadək qızlardan ibarət yığma komandalar arasında dünya çempionatının sabah startı veriləcək II turunun Qambiya – ABŞ oyunu maraqlı məqamı ilə diqqət çəkir. Apasport.az saytının məlumatına görə, saat 17:00-da “Dalğa Arena”da çempionatın ən gənc və yaşlı komandası üzləşəcək. Belə ki, Qambiya yığmasında orta yaş həddi 15-dir. Bu, onların ilk turda Şimali Koreyaya 0:11 hesabı ilə uduzduğunu nəzərə alsaq, nəticədə özünü göstərib. ABŞ millisində isə orta yaş həddi 17 yaş 5 aydır. Amerikalılar ilk turda Fransa ilə qolsuz bərabərliyə qalıb.
0
0