“Onlar uzun ötürmələrlə oynayırlar”
24.09.2012 - 13:45
17 yaşadək qızlardan ibarət yığmalar arasında keçirilən Azərbaycan – Kolumbiya matçının qəhrəmanı olan Dayana Kastillo növbəti rəqiblə bağlı fikirlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Kolumbiya yığmasının kapitanı sabah II turda üzləşəcəkləri Kanada yığmasına qalib gəlməyin yolunu göstərib.
Dayana millimizin qrupda son rəqibi olan kanadalılarla matçda topa daha çox nəzarət etməyin vacibliyini bildirib: “Biz Kanada yığmasının oyununu görmüşük. O, uzun ötürmələrlə futbol oynayır. Buna görə də topa daha çox nəzarət etməyimiz vacibdir. Əgər biz onu edə bilsək, öz oyunumuzu diktə edəcəyik”.
Qeyd edək ki, Kastillo millimizə 4:0 hesabı ilə qalib gəldikləri oyunda ilk 2 qolu vuraraq, dubl edib.

0
0