Bakıda tarixi cəza - FOTO
24.09.2012 - 13:49
Bakıda tarixi cəza - FOTO
17 yaşadək futbolçulardan ibarət Uruqvay millisinin qapıçısı Qabriela Qonzales dünya çempionatlarının tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, Azərbaycanda keçirilən mundialda ilk qırmızı vərəqənin müəllifi olan xanım futbolçu dünya çempionatları tarixində meydandan qovulan ilk qolkiper olub.

Belə ki, bunadək keçirilən çempionatlarda qapıçılar belə ağır cəza almamışdı. Qabriela isə Çinlə “Dalğa Arena”dakı qarşılaşmanın 51-ci dəqiqəsində qırmızı vərəqə alıb.