Höccət Hacıyev: Qalanları görüntü üçündür
24.09.2012 - 14:21
“Qazonun xəstəliklə əlaqədar yaranmış bəzi hissələri tam bərpa olunub”. Bu sözləri apasport.az saytına açıqlamasında Lənkəran Şəhər stadionunun direktoru Hoccət Hacıyev deyib.
Ölkəmizdə keçirilən 17 yaşadək qadınlararası dünya çempionatı çərçivəsində ABŞ və Fransa yığmaları şənbə günü Lənkəranda üz-üzə gəlib. Qolsuz heç-heçə ilə başa çatan matçda diqqətçəkən məqamlardan biri qazonun müəyyən hissəsinin keçəlləşməsi idi.
Halbuki, hələ mundialdan bir müddət əvvəl arenaya yeni ot toxum səpildiyi bildirilmişdi. Bəs bu keçəlləşməyə səbəb nə idi?
Stadion rəhbəri bunu xəstəliklə əlaqələndirib: “Çempionatdan 10-15 gün əvvəl ardıcıl yağışlar yağdı. Nəticədə ota xəstəlik düşdü. Bu üzdən də bəzi yerlərdə ot yandı”.
Hacıyev artıq həmin yerlərə yeni çimlər düzldüyünü də vurğulayıb: “Artıq problem yoluna qoyulub. Həmin yerlərə hazır çimlər düzülüb. Əsas meydanın düz olmasıdır. Bu cür meydanda rahat oynamaq olar. Qalanları görüntü üçündür”.
Stadion rəsmisi arenanın sabah yığmamızın oyununa tam hazır olduğunu deyib: “Stadion millimizin Nigeriya ilə oyununa tam hazırdır. Biletlər də satılıb. Ümumiyyətlə, çempionat çərçivəsində stadionumuzda 4 oyun keçiriləcək ki, hər birinə 10 mindən artıq bilet satılıb. Düşünürəm ki, yığmamıza güclü dəstək olacaq. ABŞ - Fransa matçında da azarkeşlər stadionu doldurmuşdu. Bu dəfə yığmamız oynayacaq və azarkeş marağı böyükdür”.

0
0