Kapello Azərbaycanla oyuna əvəzedici komandanın futbolçularını çağıracaq
24.09.2012 - 14:37
Kapello Azərbaycanla oyuna əvəzedici komandanın futbolçularını çağıracaq
Rusiya yığmasının baş məşqçisi Fabio Kapello “Zenit”in əvəzedici heyətinə göndərilən futbolçuları İqor Denisovla Aleksandr Kerjakovu 2014-cü il dünya çempionatının seçmə mərhələsində Portuqaliya və Azərbaycan yığmaları ilə oyunlara çağıracaq. Apasport.az saytının məlumatına görə, həmin futbolçuların klubun rəhbərliyi ilə münaqişəsi italiyalı mütəxəssisin fikrinə təsir etməyəcək.

Sadəcə, Denisov Andrey Arşavinin çağırılmamağından sonra yığmada ona etibar olunan kapitanlıq sarğısından məhrum oluna bilər.

Hər halda, bu məsələ ilə bağlı Kapello şəxsən qərar çıxaracaq və ona heç kimin təsir göstərməyəcəyi bildirilir. Ruslar oktyabrın 12-də Portuqaliyanı, 4 gün sonra Azərbaycanı Moskvada qəbul edəcək.

Qeyd edək ki, Denisovla Kerjakov “Zenit”in son 2 legionerin – belçikalı yarımmüdafiəçi Aksel Visellə braziliyalı hücumçu Halkın transferinə 100 milyon dollar xərcləməyindən sonra məvaciblərinin artırılması tələb edərək, bunun qarşılığında əsas komandadan çıxarılıblar.