UEFA “Neftçi”ni cəzalandırdı
24.09.2012 - 15:04
UEFA-nın İntizam Komitəsi iyulun 17-də keçirilmiş "Neftçi" - "Zestafoni" matçı ilə bağlı qərarını açıqlayıb. Apasport.az saytının xəbərinə görə, qərara əsasən komandamız cəzalandırılıb.
Qitə futbol qurumundan ünvanlanan məktubda cəzaya səbəb kimi "Neftçi" - "Zestafoni" matçının 21 və 62-ci dəqiqələrində azarkeşlərin 4 ədəd fişəng yandırması, eləcə də fanatların 75, 78 və 82-ci dəqiqələrdə meydançaya kağız rulon atması göstərilib.
Bu səbəbdən İntizam komitəsi müvafiq bəndləri əsas gətirərək, “ağ-qaralar”ı 20 min avro məbləğində cərimələyib.

0
0