Azərbaycan – Nigeriya matçının hakimləri bəlli oldu
24.09.2012 - 15:09
Azərbaycan – Nigeriya matçının hakimləri bəlli oldu
FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin ikinci turunda keçiriləcək oyunlara hakim təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, milli komandamızın Nigeriya yığması ilə Lənkərandakı oyununu meksikalı Alondra Arellano idarə edəcək. O, ilk turda Qana – Almaniya oyununda (1:2) baş hakim olub. Yığmamızın startda Kolumbiyaya 0:4 hesabı ilə uduzduğu oyunun yaponiyalı baş hakimi Etsiko Fukanoya bu dəfə ABŞ – Qambiyan matçını idarə etmək tapşırılıb.

25 sentyabr
14:00. Kolumbiya – Kanada

Bakı. "Şəfa" stadionu
Hakimlər: Carina Vitulano, Romina Santuari, Giuliana Guarino (hər üçü - İtaliya), Jana Adamkova (Çexiya)

14:00. Fransa – Şimali Koreya
Bakı. "Dalğa Arena"
Hakimlər: Gillian Martindale (Barbados), Suzanne Morisset (Kanada), Milagros Leonardo (Dominikan Respublikası), Cardella Samuels (Yamayka)

17:00. Azərbaycan – Nigeriya
Lənkəran. Şəhər Mərkəzi stadionu
Hakimlər: Alondra Arellano (Meksika), Shirley Perello, Mady Santos (hər ikisi - Honduras), Karolina Radzik-Johan (Polşa)

17:00. ABŞ – Qambiya
Bakı. "Dalğa Arena" stadionu
Hakimlər: Etsuko Fukano (Yaponiya), Mei Hsiu Liu (Çin Taypeyi), Chie Ohata (Yaponiya), Finau Vulivuli (Fici)

26 sentyabr
17:00. Meksika – Brazil

Bakı. 8 KM stadionu
Hakimlər: Kateryna Monzul (Ukrayna), Ourania Foskolou, Panagiota Koutsoumpou (hər ikisi - Yunanıstan), Morag Pirie (Şotlandiya)

17:00. Uruqvay – Qana
Bakı. Bayıl stadionu
Hakimlər: Hyang Ok Ri, Kum Nyo Hong (hər ikisi - Koreya XDR), Lingling Zhang (Çin), Katalin Kulcsar (Macarıstan)

20:00. Yeni Zelandiya – Yaponiya
Bakı. 8 KM stadionu
Hakimlər: Cardella Samuels (Yamayka), Nykasie Liverpool (Qayana), Elizabeth Aguilar (Salvador), Claudia Umpierrez (Uruqvay)

20:00. Çin – Almaniya
Bakı. Bayıl stadionu
Hakimlər: Aissata Amegee (Toqo), Diana Mukasa (Uqanda), Emmanuella Aglago (Qana), Finau Vulivuli (Fici)

Mənbə: affa.az