Kanadalı futbolçu “Tofiq Bəhramov”dakı anşlaqdan danışdı
24.09.2012 - 16:45
Kanadalı futbolçu “Tofiq Bəhramov”dakı anşlaqdan danışdı
“Kolumbiya yığması Azərbaycanla oyunda göstərdi ki, çox yaxşı komandadır. Heç bilmirəm ki, onlara qarşı necə oynayacağıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri 17 yaşadək qızlardan ibarət Kanada millisinin futbolçusu Amandin Pyer-Lui deyib.

Azərbaycanda keçirilən dünya çempionatının ilk turunda Nigeriyanın qapısına qol vuran futbolçu yığmamızın da yer aldığı A qrupunun lideri Kolumbiyanı udmaq iddiasında olduqlarını bildirib: “Nə qədər çətin olsa da, onlara qarşı oynayıb qollar vurmalıyıq ki, 3 xal qazanaq. Mundiala vəsiqəni KONKAKAF zonasında uğurlu çıxış etməyimizlə qazandıq. Lakin bununla kifayətlənə bilmərik. London Yay Olimpiya Oyunlarında əsas yığmamız 3-cü oldu. Bu amil bizi ruhlandırır. Eyni uğuru niyə də biz təkrarlamayaq”.

Açılış oyunu ərəfəsində baş tutan oyunda fərqlənən cənubi amerikalı Tofiq Bəhramov adına Respublika stadionundakı anşlaqdan məmnun qalıb: “Tribunalarda o qədər adam var idi ki, bu, lap ağlasığmaz idi. Səs-küydən məşqçimizin mənə dediklərini də eşidə bilmirdim. Belə ab-havada oynamaq şən idi”.