Dario Şimiç Bakıda
24.09.2012 - 16:48
FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan-2012-nin dostu olan xorvatiyalı veteran futbolçu Dario Şimiç ölkəmizə növbəti səfərini edib. Apasport.az saytının məlumatına görə, “İnter” və “Milan”ın sabiq müdafiəçisi turnirin açılış mərasimində iştirak etmək üçün Bakıya səfər edib. Şimiç səfər çərçivəsində 8 KM stadionundakı Könüllülər mərkəzində olub. O, dünya çempionatının oyunlarında könüllü funksiyasının yerinə yetirənlərlə görüşüb.
Mənbə: affa.az
Mənbə: affa.az
0
0