Saşa Stamenkoviç: Mən Useyn Bolt deyiləm ki...
24.09.2012 - 17:04
“Avroliqada İtaliya “İnter”i ilə oyunadək çempionatda səfər matçlarımız var. Bunlardan sonuncusu Bakı “İnter”i ilə olacaq. Milanlılarla oyunadək çempionatda qalib gəlməklə, özümüzə inamı daha da artırmalıyıq”. Bu fikirləri apasport.az saytının Belqrada ezam olunmuş əməkdaşına açıqlamasında Avroliqada çıxış edən “Neftçi”nin serbiyalı qapıçısı Saşa Stamenkoviç deyib. Onun sözlərinə görə, oktyabrın 4-də İtaliyanın “İnter” klubu ilə Tofiq Bəhramov adına Respublika stadionundakı oyunadək çempionatda maksimum nəticə qazanmağa çalışacaqlar: “İnter” oyunda yüz faiz favorit olacaq. Futbolçularımızın hamısı həmin matça kimi tam sırada, əhval-ruhiyyə yaxşı olsa, güclü rəqibdən xal ala bilərik. Belqrada nəticə dalınca gəlmişdik. 3 xal qazansaydıq, daha yaxşı olardı. Bunu istəyirdik, ancaq 1 xal da normaldır. Əgər ilk hissədə qol imkanlarımızı dəyərləndirsəydik, yüz faiz qalib gəlmişdik”.
Belqraddakı oyunda əsas diqqət məhz Stamenkoviçə yönəltmişdi. Çünki Saşa uzun illərdir “Partizan”ın barışmaz rəqibi olan “Srvena Zvezda”da oynayıb. Oyun boyu fitə basılan, müxtəlif sözlərlə və plakatlarla təhqir olunan qapıçı final fiti səslənəndən sonra hücuma da məruz qalıb. Hazırda özünü yaxşı hiss edən qapıçı “Partizan”ın azarkeşlərinin aqressivliyini bilirmiş: “Buna “Srvena Zvezda” ilə oyunlarda şahid olmuşam. Matçda haqqımdakı plakatlara yox, tablodakı hesaba baxırdım. Orada sonadək 0:0 əks olundu. Azarkeşlər mənə psixoloji təsir edə bilməzdi. Çünki “Partizan”a qarşı neçə belə oyun keçirmişəm və hər şey normaldır. Azarkeşlər təkcə formama yox, hər şeyə fikir verirdilər. Əslində isə oyuna diqqət yetirmək lazım idi. Qalib gəlmədiklərindən, daha aqressiv idilər. Ancaq bunun səbəbini məndə yox, öz futbolçularında görməlidirlər”.
Stamenkoviçin “Partizan”ın azarkeşlərinin vaxt uzatmaqla bağlı narazılığına cavabı daha maraqlı olub: “Futbolda hesab sərf edən komandanın vaxt uzatmağı normal şeydir. Mən Useyn Bolt deyiləm ki, sürətli olum, tez çalışım. “Partizan”la oyundakılara görə Serbiyada problemim olmayacaq. Çünki vətənimdə çoxları “Srvena Zvezda”nı sevərək, ona azarkeşlik edir”.
Qeyd edək ki, planetin ən sürətli adamı sayılan yamaykalı Useyn Bolt 6 dəfə Olimpiya çempionu, dəfələrlə dünya rekordçusu olmaqla ad çıxarıb.
Mehman SÜLEYMANOV

0
0