Messinin növbəti hegemonluğu
24.09.2012 - 17:41
Messinin növbəti hegemonluğu
Beynlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) bu il beynəlxalq oyunlarda ən çox qol vuran futbolçuların siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, 71 futbolçunun yer aldığı siyahıya son 3 ildə dünyanın ən yaxşı futbolçusu seçilən argentinalı Lionel Messi başçılıq edir. “Barselona”nın hücumçusunun hesabında 19 qol var.

O, bunlardan 9-u yığmada, 10-u klubunda vurub. Lionelin ən yaxın izləyicisi olan “Santos”un braziliyalı hücumçusu Santos 16 dəfə fərqlənib ki, bunun yarısını yığmada, yarısını klubda nail olub. Avroliqanın bombardiri olan Madrid “Atletikos”nun kolumbiyalı hücumçusu Radamel Falkao qitə miyyasında Messidən çox – 12 qol vurub. Ancaq o, yığmada yalnız 3 dəfə fərqləndiyindən, 15 qolla 3-dür.