Böyükağa Hacıyev: Belə getsə, Rəşad Sadiqov yanımda oturacaq
24.09.2012 - 18:38
“Rəqib komandanı qələbə münasibəti ilə təbrik edirəm. Bu gün “Sumqayıt”ın qələbə qazanmaq həvədi bizdən çox idi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Neftçi”nin baş məşqçisi Böyükağ Hacıyev deyib. Topaz Premyer Liqasının “Sumqayıt”ın qonağı olan son çempion 2:3 hesabı ilə uduzdu.
Hacıyev əsas qapıçısı Saşa Stamenkoviçin yerinə şans verdiyi gənc Emin Bslayevlə kapitanı Rəşad Sadiqovdan narazı qalıb: “Eminin qapıya qoyulması işlərimizi çətinləşdirdi. Yaxşı qapıçı bir hissədə iki qol epizodunu çıxartmalıdır. Rəqibin 9 nömrəli futbolçusu (Orxan Əliyev) yaxşı oynadı. Futbolçularım rəqibə cidi yanaşmadı. “Sumqayıt”ın heyəti əsasən cavan uşaqlardı, oyun boyu qaçırlar. Bu gün üç nəfər meydanda yox idi, komandamda futbola aid heç nə yox idi. Mən bu komandanın nəyə qadir olduğunu bilirəm. Rəşad Sadiqov yaxşı oynamır. Belə davam etsə, mənim yanımda oturacaq”.

0
0