Fatih Kavlak istefaya göndərildi
24.09.2012 - 18:45
“Qəbələ” klubunda baş məşqçi dəyişikliyi reallaşıb. Apasport.az saytının məlumatına görə, komanda rəhbərliyi bu gün “Rəvan”a evdə məğlubiyyətdən sonra türkiyəli çalışdırıcı Fatih Kavlakı istefaya göndərib.
Onun yerinə namizəd 2 yerli mütəxəssis – Ramiz Məmmədovla Ağasəlim Mircavadovdur. Məmmədov ona görə gətirilə bilər ki, əvvəllər uzun illər komandanın çalışdırıb və indi də idman-direktoru kimi klubun daxilindədir. Ancaq Mircavadovun şansı daha çox qiymətləndirilir.
Qeyd edək ki, Kavlak 1 il öncə istefa verən ingiltərəli həmkarı Toni Adamsı əvəzləmişdi.

0
0