Bernhard Raab: Biz “Neftçi”dən çox qaçmağı bacardıq
24.09.2012 - 18:54
“Bu gün maraqlı oyun izlədik. Sevinirəm ki, qələbə qazandıq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Sumqayıt”ın baş məşqçisi Bernhard Raab deyib. Almaniyalı mütəxəssis Topaz Premyer Liqasının VI turunda evdə 3:2 hesabı ilə qalib gəldikləri “Neftçi” ilə oyundan razılığını bildirib: “Neftçi” Avroliqa oyunundan sonra yorğun olduğuna görə biz çox qaçmalı idik və bunu bacardıq. Bu nəticədən sonra komandamdan razıyam. 2-0 hesabıyla irəlidə olduğumuz vaxt səhvlər buraxdıq. Ona görə də rəqib hesabı bərabərləşdirə bildi. Buna baxmayaraq, futbolçularım özlərini itirmədilər və qələbə qazandıq”.
0
0