Ağasəlim Mircavadov: “Qəbələ”ni çalışdırmaq istərdim
24.09.2012 - 19:04
“Qəbələ”nin baş məşqçisi Fatih Kavlakın istefaya göndərilməyini sizdən eşidirəm. Mənə bu post təklif olunmayıb”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycanın ən titullu məşqçisi Ağasəlim Mircavadov deyib.
2010-cu ilin yayında “Xəzər Lənkəran”dan gedəndən sonra işsiz olan 65 yaşlı mütəxəssis bu gün türkiyəli baş məşqçi Fatih Kavlakla yollarını ayıran “Qəbələ” klubunda vakant posta əsas namizədlərdən sayılır.
Mircavadov hələ dəvət almadığı “Qəbələ”də işləmək istədiyini gizlətməyib: “Bildiyimə görə, bu komandanın cari mövsümdə iddiası daha da artıb və çempionluğa oynayır. Ancaq ardıcıl 2 məğlubiyyət, özü də bunları aşağı pillələrdə gedənlərdən almağı belə komanda üçün mənfi haldır. “Qəbələ”ni çalışdırmaq istərdim. Hər halda, işləmək, komanda düzəltmək lazımdır. “Qəbələ”də şərait çox yaxşıdır. Dəvət olsa, əməkdaşlıqla bağlı danışıqlara getməyim mümkündür”.
Qeyd edək ki, “Qəbələ” son 2 turda “Kəpəz”ə səfərdə 0:1, “Rəvan”a evdə 1:3 hesabı ilə uduzub.

0
0